EduDistance-da SAT Math hazırlığının əsas prinsiplərindən biri tələbənin səviyyəsinə uyğun tədris və fərdi yanaşmadır. Buna görə tələbələr hazırlığa başlamazdan əvvəl mövcud nəticələrinə əsasən uyğun qruplara yerləşdirilirlər. Məsələn, kursa qəbul imtahanında nəticəsi 51% olan tələbə ilə 85% olan tələbə eyni qrupda təhsil almır. Hər bir tələbə öz səviyyəsinə uyğun qrupa yerləşdirilir.
Qruplarımız 4–10 nəfərdən ibarətdir. Kiçik qruplar müəllimə hər bir tələbənin nəticəsini yaxından izləməyə və ehtiyac yarandıqda müdaxilə etməyə imkan verir.
Təcrübəli müəllimlər və yüksək nəticələr
SAT Math dərsləri uzun müddətdir EduDistance-da çalışan, bu sahədə geniş təcrübəyə malik müəllimlər tərəfindən tədris olunur. İndiyədək onlarla EduDistance tələbəsi SAT Math bölməsindən maksimum nəticə — 800 bal toplayıb.
Hazırlığın ilk mərhələsində tələbələr əsas proqram üzrə dərslərə başlayırlar. Bir aydan sonra ümumi imtahan keçirilir və nəticələr əsasında proqram daha da intensivləşdirilir.
Əlavə dərslərdə əsas proqramla paralel şəkildə əvvəlki mövzular və həmin mövzular üzrə SAT-da çıxmış suallar başqa müəllimlə təkrar işlənilir. Beləliklə, tələbə yeni mövzulara davam edərkən əvvəl öyrəndiklərini də möhkəmləndirir.
DESMOS dərsləri
SAT Math-da sualın həllini bilmək qədər onu daha sürətli və effektiv həll etmək də vacibdir. Buna görə proqramın sonrakı mərhələsində xüsusi DESMOS dərsləri təşkil olunur.
Bu dərslərdə tələbələr rəqəmsal kalkulyatordan effektiv istifadəni və sualları daha qısa müddətdə həll etmək üsullarını öyrənirlər. Əsas dərslər, əlavə mövzu dərsləri və DESMOS məşğələləri ilə birlikdə hazırlığın intensivliyi həftədə 6 günə qədər yüksəlir.
Limitsiz fərdi dəstək
Tələbələrin ev tapşırıqları və nəticələri rəqəmsal sistem üzərindən izlənilir. Beləliklə, tələbənin hansı mövzuda çətinlik çəkdiyini əsas müəllim, köməkçi müəllim və akademik tədris koordinatoru görə bilir.
Məsələn, tələbənin kvadrat tənliklər mövzusunda problemi müəyyən edilərsə, həmin tələbə fərdi dərsə cəlb olunur. Mövzu yenidən izah edilir, suallar işlənilir və əlavə tapşırıqlarla nəticə yenidən yoxlanılır. Məqsəd problemi sadəcə müəyyənləşdirmək deyil, aradan qaldırılana qədər tələbə ilə işləməkdir.
Bu fərdi dərslər üçün həftəlik limit yoxdur. Ehtiyac olduğu halda tələbə həftə ərzində 4–5 dəfə belə əlavə fərdi dərsə qoşula bilər və bunun üçün əlavə ödəniş tələb olunmur.
EduDistance-da yanaşmamız budur: tələbəni hazırlığa qəbul etmişiksə, onun nəticəsini izləmək, zəif tərəflərini vaxtında müəyyənləşdirmək və hədəfinə çatması üçün lazım olan dəstəyi göstərmək tədris prosesimizin bir hissəsidir.
SAT Math hazırlığı haqqında daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
Oxuyun: Niyə EduDistance-da SAT Verbal hazırlığı?
Rəqəmlərlə: SAT bal şkalası (College Board)
| Göstərici | Aralıq |
|---|---|
| Ümumi bal (Total Score) | 400–1600 |
| Bölmə balı — Math | 200–800 |
| Bölmə balı — Reading and Writing | 200–800 |
| PSAT/NMSQT ümumi bal (müqayisə üçün) | 320–1520 |
Bal hesabatında həmçinin «Score Range» (təkrar imtahanda gözlənilən dəyişmə) və percentile göstərilir.
Mənbə: Understanding SAT Scores — College Board (oxundu: 2026-09-29)