Cambridge English – beynəlxalq standartlarla güclü ingilis dili bazası

Cambridge English – beynəlxalq standartlarla güclü ingilis dili bazası

Cambridge English beynəlxalq səviyyədə tanınan, şagirdlərin ingilis dilini mərhələli və sistemli şəkildə inkişaf etdirməsinə əsaslanan tədris və qiymətləndirmə sistemidir.

Burada məqsəd sadəcə qrammatika və yeni sözlər öyrənmək deyil. Listening, Speaking, Reading və Writing bacarıqları paralel inkişaf etdirilir və şagird dili real situasiyalarda istifadə etməyi öyrənir.

Hər yaşın öz öyrənmə tempi var

Böyüklər bir level-i 3–4 aya daha intensiv proqram, daha çox ev tapşırığı və müstəqil çalışma ilə tamamlaya bilərlər. Lakin 7 yaşlı uşağın öyrənmə tempi ilə universitet tələbəsinin tempini müqayisə etmək doğru deyil.

Biz öz ana dilimizi belə illərlə inkişaf etdiririk. Azərbaycan məktəblisi 11 il Azərbaycan dilini öyrənir. Əgər dili qısa müddətdə tam mənimsəmək mümkün olsaydı, onun tədrisi ibtidai siniflərdə tamamlanardı.

Çünki dil bitirilən bir mövzu deyil. Dil daim inkişaf edən, zənginləşən və dərinləşən bir bacarıqdır.

Həftədə 4 dəfə ingilis dili mühiti

Cambridge English dərslərimiz həftədə 4 dəfə keçirilir. Dərslərdə uşaqlar yalnız qaydalar öyrənmir, real dialoqlar qurur, dinləyir, danışır, oxuyur və yazırlar.

Bundan əlavə, həftəlik film və xüsusi listening saatlarımız keçirilir. Beləliklə, uşaq demək olar ki, hər gün ingilis dili ilə təmasda olur.

Məqsəd dili yalnız dərs kimi öyrənmək deyil, onu mümkün qədər təbii şəkildə eşitmək, anlamaq və istifadə etmək vərdişi yaratmaqdır.

Davamlı qiymətləndirmə

Şagirdlərin inkişafını izləmək üçün il ərzində 3 dəfə böyük imtahan keçirilir. Bu qiymətləndirmələr uşağın hansı bacarıqları mənimsədiyini, hansı istiqamətlərdə inkişaf etdiyini və növbəti mərhələyə hazırlığını görməyə imkan verir.

Bizim üçün əsas göstərici dərsliyi nə qədər tez bitirmək deyil, uşağın öyrəndiyini nə qədər yaxşı istifadə edə bilməsidir.

Cambridge sertifikatı

Cambridge English-in mühüm üstünlüklərindən biri də şagirdlərin biliklərini beynəlxalq imtahanlarla təsdiqləyə bilməsidir.

Müvafiq Cambridge English imtahanını uğurla tamamlayan şagird əldə etdiyi nəticəni və səviyyəni təsdiqləyən beynəlxalq sertifikat qazanır. Bu, uşağın illər ərzində formalaşdırdığı dil biliyinin beynəlxalq sistem üzrə qiymətləndirilməsidir.

Güclü baza, güclü nəticələr

Cambridge English ilə sistemli şəkildə irəliləyən şagird yalnız növbəti level-ə hazırlaşmır. O, gələcəkdə IELTS, SAT və digər beynəlxalq akademik istiqamətlər üçün lazım olacaq güclü ingilis dili bazasını formalaşdırır.

Bunun nəticəsini şagirdlərimizin uğurlarında da görürük. Cambridge sistemi ilə yetişən şagirdlərimiz IELTS və SAT kimi beynəlxalq imtahanlarda çox yüksək nəticələr göstərirlər.

Şagirdlərimizin nəticələri ilə buradan tanış ola bilərsiniz:
Instagram · @cambridgeedge
🎓✨ Nəticələrimizlə tanış olun!
21 ❤ · 2026-09-01 — nəticələrə bax →
🎓✨ Nəticələrimizlə tanış olun!

Cambridge English-də məqsəd level-i mümkün qədər tez bitirmək deyil. Məqsəd uşağın ingilis dilini anlaması, danışması, düşüncəsini ifadə etməsi və gələcək təhsilində sərbəst istifadə edə biləcəyi güclü dil bazası formalaşdırmasıdır.

Rəqəmlərlə: Cambridge English Scale (Cambridge English)

İmtahanŞkalada hesabat aralığı
Cambridge English: Key (A2)82–150
Cambridge English: Preliminary (B1)102–170
Cambridge English: First (B2)122–190 · B2 səviyyəsi = 160–179
Cambridge English: Advanced (C1)142–210
Cambridge English: Proficiency (C2)162–230

Cambridge English Scale bütün imtahanları bir şkalada (80–230) göstərir; eyni bal fərqli imtahanlarda eyni səviyyə deməkdir.
Mənbə: Cambridge English Scale factsheet (PDF) — Cambridge English (oxundu: 2026-09-29)

WhatsApp-da yazın

Whatsapp
Edudistance
Edudistance
Salam! sizə necə yardımcı ola bilərik?