Niyə EduDistance-da SAT Verbal hazırlığı?

Niyə EduDistance-da SAT Verbal hazırlığı?

EduDistance-da SAT Verbal hazırlığının əsas üstünlüklərindən biri təcrübəli müəllim heyəti və hər tələbəyə fərdi yanaşma sistemidir. Verbal dərslərimiz uzun illərdir EduDistance-da çalışan, öz sahəsində geniş təcrübəyə malik müəllimlər tərəfindən tədris olunur.

Həftədə 4 əsas Verbal dərsi

SAT Verbal hazırlığı həftədə 4 dəfə keçirilir. Dərslərdən 2-si 1,5 saat davam edir və SAT Verbal üçün tələb olunan əsas bacarıqlar üzərində qurulur. Digər 2 dərs isə 1 saat olmaqla lüğət əsaslı Reading və Speaking formatında keçirilir.

Reading, Speaking və lüğətin birlikdə işlənməsində məqsəd tələbənin yeni sözləri yalnız əzbərləməsi deyil, onları kontekstdə başa düşməsi və fikirlərini həmin sözlərdən istifadə edərək ifadə etməsidir. Bu yanaşma eyni zamanda tələbənin gələcəkdə IELTS və TOEFL kimi dil imtahanlarına hazırlığı üçün də baza formalaşdırır.

Fərdi Workshop sistemi

EduDistance-da fərdi yanaşmanın əsas hissələrindən biri Workshop sistemidir. Əsas müəllim tələbənin nəticələrini mütəmadi analiz edir və hər hansı mövzuda çətinlik aşkar etdikdə bunu sistemə əlavə edir.

Məsələn, tələbənin Sentence Structure mövzusunda problemi varsa, müəllim bunu sistemdə qeyd edir. Workshop müəllimi həmin məlumatı görərək tələbə üçün əlavə fərdi dərs təşkil edir və konkret olaraq həmin zəif nöqtə üzərində işləyir.

Beləliklə, ehtiyac yarandıqda tələbənin həftəlik 4 əsas dərsinə əlavə olaraq 5-ci və 6-cı dərslər də təyin oluna bilər. Məqsəd bütün tələbələrə eyni proqramı tətbiq etmək deyil, hər bir tələbənin nəticələrini izləyərək ehtiyac duyduğu mövzular üzərində ayrıca işləməkdir.

EduDistance-da SAT Verbal hazırlığı bu şəkildə əsas dərslər, intensiv praktika və fərdi Workshop dəstəyi üzərində qurulur.

SAT Verbal hazırlığı haqqında daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Oxuyun: Niyə EduDistance-da SAT Math hazırlığı?

Rəqəmlərlə: SAT bal şkalası (College Board)

GöstəriciAralıq
Ümumi bal (Total Score)400–1600
Bölmə balı — Reading and Writing200–800
Bölmə balı — Math200–800
SAT Essay (ayrıca hesabat)1–4

Bal hesabatında həmçinin «Score Range» və percentile göstərilir.
Mənbə: Understanding SAT Scores — College Board (oxundu: 2026-09-29)

WhatsApp-da yazın

Whatsapp
Edudistance
Edudistance
Salam! sizə necə yardımcı ola bilərik?