İstedadlı Azərbaycan gənclərinin xarici universitetlərə hazırlıq prosesi və universitet təhsili müddətində təqaüdlü təhsil almaları üçün EduDistance “Hacı Zeynalabdin” təqaüd proqramını elan edir.
Proqramın hədəfi — maddi vəziyyətindən asılı olmayaraq, yüksək reytinqli xarici universitetlərdə təhsil almağı gənclərimiz üçün əlçatan etməkdir.
Proqram cari ilin 9-cu sinifi bitirmiş məktəblilər üçün, həmçinin gələcəkdə magistratura təhsilini xaricdə almağı planlayan 2-ci kursu bitirmiş tələbələr üçün nəzərdə tutulmuşdur.
9-cu sinifi bitirmiş məktəblilər üçün
1.Buraxılış imtahanında 260 və daha yüksək bal toplamaq və ya Respublika Fənn Olimpiadalarının final mərhələsinə vəsiqə qazanmaq
2.Motivasiya məktubu yazmaq (Azərbaycan dilində)
• Söz limiti: 400–700
• Şrift: Times New Roman, ölçü: 14 3.Müsahibə mərhələsində iştirak
Son Qeydiyyat Tarixi: 20 iyun 2026
Qeydiyyatdan keçmək üçün Buraxılış/Olimpiada (hər ikisi də ola bilər) nəticələrinizi və motivasiya məktubunuzu teqaud@edudistance.az elektron poçt ünvanına fayl olaraq göndərməyiniz tələb olunur.
⸻
2-ci kursu bitirmiş tələbələr üçün
1. 85+ ortalama
2. Minimum A2 səviyyədə ingilis dili
3. CV
4. Motivasiya məktubu yazmaq (Azərbaycan dilində)
• Söz limiti: 400–700
• Şrift: Times New Roman, ölçü: 14
5. Müsahibə mərhələsində iştirak
Son Qeydiyyat Tarixi: 1 avqust – 31 oktyabr 2026
Qeydiyyat üçün motivasiya məktubunuzu, CV və bal ortalamanızı təsdiq edən müvafiq sənədi teqaud@edudistance.az elektron poçt ünvanına göndərməlisiniz.
⸻
Proqramdan faydalanacaq şagirdlər üçün imtiyazlar
Qəbul prosesini uğurla tamamlayan şagirdlər növbəti 2 il ərzində EduDistance Tədris və Konsultasiya Mərkəzində aşağıdakı sahələr üzrə xidmətləri müxtəlif güzəştlərlə əldə edəcəklər:
• SAT
• YÖS
• IELTS / TOEFL
• AP Physics
• AP Calculus
• Elmi yay məktəblərinə qəbul
• Xaricdə təhsil xidmətləri
⸻
“Motivasiya məktubu necə yazılmalıdır?” deyirsinizsə, buraya keçid edin.
Bütün iştirakçılara uğurlar arzu edirik!