Kanadada Yay Məktəbi

Kanadada Yay Məktəbi

Mərkəz Haqqında
İngilis Dili Tədrisi
Proqram
Qalma Yeri və Yemək
Ödənişə Daxil Olan Xidmətlər
Mərkəz Haqqında

Toronto Kanadanın ən böyük və dinamik şəhərlərindən biridir. Bu şəhər həm gənc tələbələrə zəngin bir təhsil təcrübəsi təklif edir, həm də əla ictimai nəqliyyat vasitələri və dünya səviyyəli alış-veriş, restoran və əyləncə mərkəzləri ilə müstəsna təhlükəsiz bir şəhər olaraq özünü biruzə verir.

Yay məktəbi proqramı Kanadanın ən nüfuzlu universitetlərindən biri olan York Universitetində təşkil olunacaq. İki həftə davam edəcək olan proqram İngilis dili tədrisi, səhər saatlarında əyləncəli fəaliyyətlər və günortadan sonra ekskursiyaları özündə birləşdirir. Proqramda 10-17 yaş arası orta məktəb şagirdləri iştirak edə bilərlər.

İngilis Dili Tədrisi

Həftədə 20 saatlıq ingilis dili dərsləri ana dili ingilis dili olan müəllimlər tərəfindən tədris olunacaqdır. Məktəbin ilk günü şagirdlərin səviyyə ölçmə imtahanı olacaq və nəticələrə əsasən şagirdlər uyğun siniflərə yerləşdiriləcəklər. Şagirdlər maksimum 15 nəfərlik siniflərdə dünyanın fərqli ölkələrindən gələn digər şagirdlərlə ingilis dilini öyrənmə və praktika etmə fürsəti əldə edəcəklər. Şagirdlər dərsliklər və köməkçi materiallarla təmin olunacaq və kursun sonunda şagirdlərə sertifikat təqdim olunacaq.

Proqram

Şagirdlər iki həftə ərzində çox rəngarəng bir proqramda iştirak edəcəklər və ingilis dili dərslərinin xaricində Torontonun ən məşhur yerlərini ziyarət etmə fürsəti əldə edəcəklər. Həftə sonları isə Toronto ətrafı şəhərlərə gəzintilər təşkil olunacaq. Dərslər həftə içində bir həftə günortadan əvvəl, digər həftə günortadan sonra ola biləcəyi kimi bir tam gün dərs, bir tam gün gəzinti şəklində də ola bilər.

Qalma Yeri və Yemək

Şagirdlər proqram ərzində York Universitetinin kampüsündə yerləşən tələbə yataqxanasında qalacaqlar. Yataqxananın imkanları aşağıdakı kimidir:

* 2 nəfərlik standart otaqlar

* Dəsmal və yataq dəsti ilə təmin olunma

* Gündə 3 dəfə qidalanma

* Çamaşırxana xidmətləri

* İnternetdən istifadə

* Mətbəx və soyuducu

Ödənişə Daxil Olan Xidmətlər

  • Qeydiyyat
  • Viza rüsumu
  • Dil kursu və sertifikat
  • Kitab və materiallar
  • Sağlıq sığortası
  • Bir vəya iki nəfərlik otaqlarda qalma
  • Səhər, günorta və axşam yeməkləri
  • Proqram müddətində professional rəhbərlər
  • Günlük nəqliyyat vasitələri
  • Wi-Fi internet
  • Gəzinti və əyləncə mərkəzlərinin ödənişləri
  • Şagird və valideyn ilə 24 saat əlaqə saxlamaq imkanı
Şərhlər

Şərh yazın.

Whatsapp
Edudistance
Edudistance
Salam! sizə necə yardımcı ola bilərik?