EduDistance “Hacı Zeynalabdin” Təqaüd Proqramı

EduDistance “Hacı Zeynalabdin” Təqaüd Proqramı

İstedadlı Azərbaycan gənclərinin xarici universitetlərə hazırlıq prosesi və universitet təhsili müddətində təqaüdlü təhsil almaları üçün EduDistance “Hacı Zeynalabdin” təqaüd proqramını elan edir.

Proqramın hədəfi — maddi vəziyyətindən asılı olmayaraq, yüksək reytinqli xarici universitetlərdə təhsil almağı gənclərimiz üçün əlçatan etməkdir.

Proqram cari ilin 9-cu sinifi bitirmiş məktəblilər üçün, həmçinin gələcəkdə magistratura təhsilini xaricdə almağı planlayan 2-ci kursu bitirmiş tələbələr üçün nəzərdə tutulmuşdur.

9-cu sinifi bitirmiş məktəblilər üçün
1.Buraxılış imtahanında 260 və daha yüksək bal toplamaq və ya Respublika Fənn Olimpiadalarının final mərhələsinə vəsiqə qazanmaq
2.Motivasiya məktubu yazmaq (Azərbaycan dilində)
• Söz limiti: 400–700
• Şrift: Times New Roman, ölçü: 14 3.Müsahibə mərhələsində iştirak


Son Qeydiyyat Tarixi: 20 iyun 2026

Qeydiyyatdan keçmək üçün Buraxılış/Olimpiada (hər ikisi də ola bilər) nəticələrinizi və motivasiya məktubunuzu teqaud@edudistance.az elektron poçt ünvanına fayl olaraq göndərməyiniz tələb olunur.

2-ci kursu bitirmiş tələbələr üçün
1. 85+ ortalama
2. Minimum A2 səviyyədə ingilis dili
3. CV
4. Motivasiya məktubu yazmaq (Azərbaycan dilində)
• Söz limiti: 400–700
• Şrift: Times New Roman, ölçü: 14
5. Müsahibə mərhələsində iştirak

Son Qeydiyyat Tarixi: 1 avqust – 31 oktyabr 2026

Qeydiyyat üçün motivasiya məktubunuzu, CV və bal ortalamanızı təsdiq edən müvafiq sənədi teqaud@edudistance.az elektron poçt ünvanına göndərməlisiniz.

Proqramdan faydalanacaq şagirdlər üçün imtiyazlar

Qəbul prosesini uğurla tamamlayan şagirdlər növbəti 2 il ərzində EduDistance Tədris və Konsultasiya Mərkəzində aşağıdakı sahələr üzrə xidmətləri müxtəlif güzəştlərlə əldə edəcəklər:
• SAT
• YÖS
• IELTS / TOEFL
• AP Physics
• AP Calculus
• Elmi yay məktəblərinə qəbul
• Xaricdə təhsil xidmətləri

“Motivasiya məktubu necə yazılmalıdır?” deyirsinizsə, buraya keçid edin.

Bütün iştirakçılara uğurlar arzu edirik!

Comments

No comments yet. You can be the first filling the form below.

Whatsapp
Edudistance
Edudistance
Salam! sizə necə yardımcı ola bilərik?