
SAT sertifikatı ABŞ, Türkiyə, Avropa universitetləri, eləcə də ADA universitetinə qəbul zamanı əsas tələblərdən biridir.
“Scholastic Assessment Test” (SAT) tələbələrin təhsil müddətində qazandıqları bilik və bacarıqları, həmçinin analitik və məntiqi düşünmə qabiliyyətlərini ölçən beynəlxalq imtahandır.
SAT hazırlıq dərslərimizə qatılaraq siz təhsilinizi dünyanın prestijli universitetlərində davam etdirmək imkanı qazanacaqsınız.
Kurs proqramı:
- İki əsas bölmə: SAT Math və SAT Verbal
- SAT Math: Həftədə 3 dəfə, hər biri 90 dəqiqə + bir dəfə fərdi dərs(ehtiyaca əsasən)- toplam həftəlik 4 dəfə
- SAT Verbal: Həftədə 2 dəfə 90 dəqiqə və 2 dəfə 60 dəqiqə- toplam həftəlik 4 dəfə
- Dərslərdə müəllimlərimizin müəllifi olduğu vəsaitlərdən və beynəlxalq nəşriyyatların materiallarından istifadə edilir
- Əgər hər hansı bir tələbənin müəyyən mövzuda problemi olarsa, fərdi dərs təyin olunur və çətinlik tam aradan qaldırılır
- Qrup dərsləri maksimum 6-8 nəfərlə həm əyani, həm də online formada keçirilir
- İmtahan öncəsi 4 həftəlik SAT Bootcamp təşkil olunur ki, bu da tələbələrin imtahana tam hazır girməsinə imkan yaradır. Əsas üstünlüklərimizdən biri də budur ki, bu kamp tələbələrimiz üçün ödənişsizdir.
Qəbul şərtləri:
- İngilis dili səviyyəsi minimum B1+
- Uğurlu nəticələrimizlə buradan tanış ola bilərsiniz.
Comments