İngiltərədə Yay Məktəbi

İngiltərədə Yay Məktəbi

İngilis Dili Tədrisi

Həftədə 20 saatlıq ingilis dili dərsləri ana dili ingilis dili olan müəllimlər tərəfindən tədris olunacaqdır. Məktəbin ilk günü şagirdlərin səviyyə ölçmə imtahanı olacaq və nəticələrə əsasən şagirdlər uyğun siniflərə yerləşdiriləcəklər. Şagirdlər maksimum 15 nəfərlik siniflərdə dünyanın fərqli ölkələrindən gələn digər şagirdlərlə ingilis dilini öyrənmə və praktika etmə fürsəti əldə edəcəklər. Şagirdlər dərsliklər və köməkçi materiallarla təmin olunacaq və kursun sonunda şagirdlərə sertifikat təqdim olunacaq.

Proqram

Şagirdlər iki həftə ərzində çox rəngarəng bir proqramda iştirak edəcəklər və ingilis dili dərslərinin xaricində Londonun ən məşhur yerlərini ziyarət etmə fürsəti əldə edəcəklər. Həftə sonları isə London ətrafı şəhərlərə gəzintilər təşkil olunacaq. Dərslər həftə içində bir həftə günortadan əvvəl, digər həftə günortadan sonra ola biləcəyi kimi bir tam gün dərs, bir tam gün gəzinti şəklində də ola bilər.

Ekskursiyalar

London daxilində yarım günlük səyahətlər:
  • Muzey səfərləri: London Science Museum,  British Museum, National History Museum
  • Gəzintilər: London Walking Tour, Tower of London, Leicester Square, China Town, Canterbury with Walking Tour, Hyde Park Tour, River Thames Cruise və s.
  • Atraksiyonlar: Emirates Cable Cars, Madame Tussauds Museum, London Eye
  • Alış-veriş: Westfield Shopping, Covent Garden Shopping, Oxford Street Shopping
Həftəsonu tam günlük səyahətlər:
  • Canterbury: Canterbury şəhərində tam günlük gəzinti və “Canterbury Tales” turu
  • Cambridge: Cambridge şəhərində tam günlük gəzinti və “Kings’s College” turu

Qalma Yeri və Yemək

Şagirdlərimiz East London Universitetinin kampüsündə yerləşən yataqxanalarda 1 nəfərlik suit otaqlarda qalacaqlar. Otaqlar yüksək səviyyədə təmir olunub və hər bir otaqda duş otağı və tuvalet mövcuddur. Şagirdlər həmçinin yataqxanadakı çamaşırxana imkanlarından da rahatlıqla istifadə edə bilərlər. Qız və oğlan şagirdlərin qaldıqları yerlər ya fərqli mərtəbələrdə, ya da fərqli binalardadır.

Yeməklər gündə 3 dəfə olmaqla universitetin yeməkxanasında veriləcək. East London Universiteti çoxmillətli mərkəz olduğuna görə burada hər kəsin yeyəbiləcəyi yemək alternativləri mövcuddur.

Ödənişə Daxil Olan Xidmətlər

  • Qeydiyyat
  • Viza rüsumu
  • Dil kursu və sertifikat
  • Kitab və materiallar
  • Sağlıq sığortası
  • Bir nəfərlik suit otaqlarda qalma
  • Səhər, günorta və axşam yeməkləri
  • Proqram müddətində professional rəhbərlər
  • Günlük nəqliyyat vasitələri
  • Wi-Fi internet
  • Proqramda qeyd olunan gəzinti və əyləncə mərkəzlərinin ödənişləri
  • Şagird və valideyn ilə 24 saat əlaqə saxlamaq imkanı
Şərhlər

Şərh yazın.

Whatsapp
Edudistance
Edudistance
Salam! sizə necə yardımcı ola bilərik?