Xaricdə Təhsil almaq üçün nə etməli?

Xaricdə Təhsil almaq üçün nə etməli?

1 – Xarici dil öyrənmək
Xarici dil öyrənmək – bu addıma xaricdə magistr təhsili almaq istəyənlər universitetin ilk illərindən, bakalavr təhsili almaq istəyənlər isə məktəb illərinin ortalarından etibarən başlamalıdırlar.

2 – Akademik göstəricilərin yaxşı olması
Akademik göstəricilər seçilən universitetdən asılı olaraq dəyişiklik göstərən faktordur. Lakin nəzərə alaq ki, bəzi universitetlərin seçim kriteriyalarında GPA (Orta Müvəffəqiyyət Göstəricisi) ən önəmli faktor sayıla bilir. Amma bunu da nəzərə alın ki, GPA -i yüksək saxlamaq üçün universitetdən əlavə fəaliyyətlərdən qalmaq olmaz.

3. Təqaüd proqramı tapmaq
Bu addımı sizin üçün asanlaşdırmaq üçün xeyli zəhmət çəkdik deyə bilərik .Əlbəttə özünüz də axtaracaqsınız, amma edudistance xaricdə təhsil söbəsi sizə bunun üçün xidmət göstərir. Xaricdə təqaüdlü təhsil alan gənclərin təcrübələrini bir araya topladıq və bu məlumat bazası sizə 10 fərqli ölkədə təhsil almaq üçün nə etməli olduğunuzu göstərəcək.

4. Xaricde təhsil ucun lazim olan senedler:
– Passport və ya Şəxsiyyət vəsiqəsi
– IELTS Sertifikatı 6.5+ score
– Motivasiya məktubu. Nə üçün bu universiteti və bu fakultəni seçdiniz? – sualını ətraflı cavablamalı və təhsil üçün motivasiyalı olduğunuzu sübut etməlisiniz.
– Tövsiyyə məktubu/Recommendation Letter – bu məktub müəllimlər və ya iş təcrübəsi keçdiyiniz yerdə müdiriniz sizin istedadlı və bu proqram üçün uyğun biri olduğunuzu qeyd edir.
– Diplom və ya Transkript. Bakalavr təhsilini davam etdirən tələbələr Transkript forması hazırlatmalı və əlavə olaraq dekanlıqdan kəsrin olmaması, qeyd olunan filan tarixdə universitet təhsilini bitirəcəklərinə dair arayış götürməlidirlər. Universitet təhsili bitdikdən sonra diplomu alaraq Xarici İşlər Nazirliyində apostil edib xarici universitetə təqdim etməlidirlər.

055 450 85 66
Aşıq Molla Cümə 138
edudistance.az

#xaricdətəhsil #xari̇cdətəhsi̇l #xaricdətəhsilmərkəzi #xaricdətəhsilməktəbi #xaricdətəhsilal #xaricdəoxu #almaniyadatəhsil #almaniyadatəhsilal #almaniyadaoxu #almaniyadaoxumaq #almaniyadaheyat #germaneducation

Şərhlər

Şərh yazın.

Whatsapp
Edudistance
Edudistance
Salam! sizə necə yardımcı ola bilərik?