Motivasiya məktubu

Motivasiya məktubu

Uğurlu bir motivasiya məktubunu yazarkən aşağıdakı ardıcıllığı və nüansları qorumaq vacibdir 1. İntroduction (Təqdimetmə) – İlk abzasdan siz qısa və aydın şəkildə bu məktubu yazma məqsədinizi ifadə etməlisiniz.

2. Your background (Keçmişiniz) – Bu abzasda siz təhsil keçmişiniz və bu müddətdə qazandığınız nailiyyətlər ilə bağlı ətraflı məlumat verməlisiniz, ancaq unutmayın ki, bu məlumatlar sizin universitetdə müraciət edəcəyiniz ixtisas ilə əlaqədar olsun. Əks təqdirdə əlavə informasiyanı qeyd etməyinizin sizə heç bir faydası olmayacaq.

 3. Your experience (Təcrübəniz (əgər varsa)) – Bu hissədə universitetə müraciət etdiyiniz ixtisas ilə əlaqədar qazandığınız təcrübə, keçirdiyiniz və ya iştirak etdiyiniz layihələrdən danışmalısınız.

 4. Your motivation (Motivasiyanız) – Bu hissə ən önəmli hissədir. Siz müraciət edəcəyiniz proqram üçün əvvəlcə minimum 1 (2-3 olsa daha yaxşı olar) əsas səbəb göstərməlisiniz. Tövsiyə edirik ki, bu səbəb daha çox içərisində olduğunuz kontekstdə gördüyünüz problem olsun, məsələn, Azərbaycanda (bu sırf yaşadığınız şəhər və ya daha böyük ərazi də ola bilər) küçə heyvanları qorumaq məqsədli bir online xidmətin olmaması. Daha sonra bu problemi həll etmək üçün necə bir planınızın olduğunu göstərirsiniz, və vurğulayırsınız ki, müraciət edəcəyiniz universitetdə və ixtisasda qazanacağınız X bilik sizə bu problemi həll etməkdə və ya bu layihəni icra etməkdə çox böyük kömək edə biləcək. Məqsədiniz və ya layihəniz nə qədər genişmiqyaslı, spesifik və aydın olarsa, motivasiyanız o qədər təsiredici olacaq.

5. Conclusion (Sonluq) – Burda da ümumi olaraq vurğulamalısınız ki, bütün yuxarıda qeyd olunanları nəzərə alaraqdan siz X universitetə və X ixtisasa müraciət edirsiniz və inanırsınız ki, siz bu proqram üçün uyğunsunuz və burda uğurlu olacaqsınız.

 6. Addition (Əlavə) – Yaxşı olar ki, motivasiya məktəbunuzu oxuyan şəxslərə müraciətinizi nəzərə almaları üçün öncədən təşəkkürünüzü bildirəsiniz, amma bu məcburiyyət deyil.

Aşağıda motivasiya məktubu üçün nümunədən (ingiliscə) faydalana bilərsiniz.

                                                                 Motivation Letter

I am writing to show my interest in studying the Bachelor program of Business Administration at the KU Leuven University in Brussels, Belgium. This opportunity is well suited to my future professional career plans. Getting a degree from that program will give me the necessary knowledge and skills that I can apply to the education system of my country for a better education for everyone.

I am currently studying my last year at a high school where I have spent a lot of time and put effort into excelling at many subjects. While studying in high school, I also attended several regional math courses and competitions, where I often ended up in prize-winning places and reflected my preferences and interests.

 My current goal is to start my career in business. After doing some research I realized that a Bachelor’s Degree in Business Administration at KU Leuven University is the best choice for me to pursue my undergraduate studies for several factors. First of all, this program covers several topics that interest me the most, such as Economic Analysis, International Orientation, Mathematical and Statistical Techniques, etc. As a future businessman, I am very keen on being an expert in this sector. I am certain that the numerous traineeships which I will take part in during my studies will help me to gain the necessary knowledge and skills. Secondly, the highly international environment of KU Leuven University which offers both strong education and an emphasis on student life and activities drew my attention. The diversity of the school community would improve my knowledge of many cultures, enabling me to make cross-continental connections and boost my work opportunities, and learn how to communicate with people from different backgrounds to achieve the best results which I believe will be the next milestone in my professional development. Thirdly, studying English at this university will significantly improve my language skills, helping me to expand my social network to a global level. Besides, the possibility of doing an internship during university studies encouraged me that it will give me the valuable professional experience necessary to build a successful career in modern competitive conditions.

Overall, I strongly believe I will make the most of the knowledge and experience gained through the study program at KU Leuven University. I hope to contribute my talents and efforts to this university and become a worthy member of the team. Thank you for considering my request. I look forward to your positive results.

 Sincerely,

(Your full name)

Şərhlər

Şərh yazın.

Whatsapp
Edudistance
Edudistance
Salam! sizə necə yardımcı ola bilərik?