Respublika fənn olimpiadaları (RFO) ilə bağlı ən çox verilən suallar və cavablar

Respublika fənn olimpiadaları (RFO) ilə bağlı ən çox verilən suallar və cavablar

Sual: RFO nədir?

Cavab: RFO hər tədris ilində bir dəfə olmaqla Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən keçirilən
elm yarışıdır.

Sual: RFO hansı turlardan və mərhələlərdən ibarətdir?

Cavab: RFO rayon (şəhər) mərhələsi və respublika mərhələsi olmaqla iki mərhələdən ibarətdir.
Respublika mərhələsi isə yarımfinal və final turları olmaqla iki turdan ibarətdir.

Sual: RFO hansı fənlər üzrə keçirilir?

Cavab: RFO Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya və
informatika fənləri olmaqla 8 müxtəlif fənn üzrə keçirilir.

Sual: RFO-da bir neçə fənn üzrə iştirak mümkündür?

Cavab: İnformatika fənni istisna olmaqla şagirdlər yalnız bir fənn üzrə iştirak edə bilərlər. Hər hansı
fəndən qeydiyyatdan keçmiş şagirdlərə paralel olaraq informatika fənnindən də qeydiyyatdan keçmək
şərtilə iştirak hüququ veriləcəkdir.

Sual: RFO-da necə iştirak etmək olar?

Cavab: RFO-da iştirak məqsədilə portal.edu.az saytından qeydiyyatdan keçə bilərsiniz.

Sual: Qeydiyyat hansı mərhələlərdən ibarətdir?

Cavab: Qeydiyyat 3 mərhələdən ibarətdir:
şagirdlərdən sorğuların qəbul edilməsi
yerləşdirmə
buraxılış vərəqələrinin çapı

Hər bir şagird RFO rayon (şəhər) mərhələsi zamanı yalnız bir dəfə qeydiyyatdan keçə bilər

Sual: RFO-da neçənci sinif şagirdləri iştirak edə bilər?

Cavab: RFO-da yalnız VIII, IX, X və XI sinif şagirdləri iştirak edə bilər.

Sual: RFO-da tapşırıqlar kimlər tərəfindən hazırlanır?

Cavab: RFO-da şagirdlərə təqdim edilən tapşırıqlar Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq
edilmiş münsiflər heyəti tərəfindən hazırlanır.

Sual: RFO tapşırıqları hansı mövzuları əhatə edir?

Cavab: RFO-nun proqramı məktəb proqramı ilə məhdudlaşmır. Olimpiadalarla əlaqədar müvafiq
proqram tədris ilinin əvvəlində yerli təhsili idarəetmə orqanları vasitəsilə məktəblərə göndərilib və
www.olimpiada.edu.az saytında yerləşdirilib.

Sual: RFO rayon (şəhər) mərhələsində növbəti tura keçid faizi nə qədərdir?

Cavab: Olimpiadanın təşkili və keçirilməsi qaydalarına əsasən rayon (şəhər) mərhələsində 60 faiz və
yuxarı nəticə göstərmiş şagirdlər respublika mərhələsində iştirak hüququ qazanır. Respublika
təşkilat komitəsi və münsiflər heyətinin qərarı ilə keçid faizi şagirdlərin lehinə olaraq aşağı salına
bilər.

Qeydiyyatla bağlı suallar

Sual 1. RFO-ya necə qeydiyyatdan keçməliyəm?

Cavab: RFO-ya müraciət etmək istəyən şəxslərin valideyni və ya qanuni nümayəndəsi əvvəlcə
portal.edu.az” saytında qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçdikdən sonra olimpiadada iştirak
edəcək şagirdi əlavə etməklə “Xidmətlər” bölməsindən “Olimpiadalar və müsabiqələr” bölməsini
seçib “Müraciət et” düyməsinə sıxmaqla müraciət göndərə bilərlər.

Sual 2. Portalda övladımı (və ya şagirdi) öz kabinetimə necə əlavə edə bilərəm?

Cavab: Övladı və ya şagirdi portal.edu.az-da “Tənzimləmələr” bölməsindən “Övlad əlavə et”
düyməsini sıxmaqla UTİS kod və ya FİN kodla əlavə etmək mümkündür.

Sual 3. Portalda şagird özü kabinet yaradıb müraciət edə bilərmi?

Cavab: Xeyr, şagird özü birbaşa müraciət edə bilməz. Yalnız valideyn və ya qanuni nümayəndə
tərəfindən yaradılmış kabinet vasitəsilə müraciət göndərmək mümkündür.

Sual 4. Portalda artıq qeydiyyatım varsa, yenidən sistemdə qeydiyyatdan keçməliyəm?

Cavab: Portalda artıq qeydiyyatınız varsa, yenidən qeydiyyatdan keçməyinizə ehtiyac yoxdur. Əgər
müraciətinizi tamamlayıb göndərməmisinizsə, mütləq “Olimpiadalar və müsabiqələr” xidmətini
seçməklə müraciətinizi göndərməlisiniz

Sual 5. Şifrəmi unutmuşam. Necə bərpa etməliyəm?

Cavab: Şəxsi kabinetə giriş üçün istifadə etdiyiniz şifrəni unutduğunuz halda əsas səhifədən “Şifrəni
unutdun?” düyməsini sıxaraq açılan pəncərədə elektron poçt ünvanınızı daxil edin. Açılan növbəti
pəncərədə isə mobil nömrənizin son 4 rəqəmini daxil edin. Nömrəyə gələn təsdiq kodunu yazdıqdan
sonra yeni şifrə təyin edilməlidir.

Sual 6. Sistemə daxil olduqdan sonra hansı xidməti seçməliyəm?

Cavab: Sistemə daxil olduqdan sonra “Olimpiadalar və müsabiqələr” xidmətini seçməli və
məlumatlarınızı formaya uyğun doldurmalısınız

Sual 7. Şəxsi məlumatlarımı necə daxil etməliyəm?

Cavab: Şəxsi məlumatlarınız şəxsiyyət vəsiqənizin FİN kodu vasitəsilə avtomatik olaraq əks olunur,
yəni hər hansı məlumatı daxil etməyinizə ehtiyac yoxdur

Sual 8. Şəxsi məlumatlarım barədə nələrə diqqət etməliyəm?

Cavab: Qeydiyyat zamanı daxil edilən FİN kodun, mobil nömrənin, elektron poçt ünvanının və digər
məlumatların müraciətçinin özünə aid olmasına diqqət edilməlidir.

Sual 9. Şəxsi məlumatlarımdakı elektron poçt və ya mobil nömrə mənə aid deyil, nə etməliyəm?

Cavab: Siz qeydiyyatdan keçdiyiniz zaman istifadə etdiyiniz mobil nömrə və ya elektron poçt şəxsi
məlumatlarınızda əks olunmuşdur.

Sual 10. Sənədlərimin qəbul edilib-edilmədiyini necə öyrənə bilərəm?

Cavab: Müraciətinizə şəxsi kabinetinizdə “Olimpiadalar və müsabiqələr” xidmətinə daxil olaraq,
“Ümumi məlumatlar” səhifəsində Statusların tarixçəsi” bölməsindən öyrənə bilərsiniz. Qeydiyyatını
tamamlayaraq təsdiq etmiş bütün müraciətçilər “status” vasitəsilə prosesin gedişini izləyə bilərlər.

Sual 11. İmtahanda iştirak üçün buraxılış vərəqini necə əldə edə bilərəm?

Cavab: Müraciətini tamamlamış bütün müraciətçilər qeydiyyat müddəti bitdikdən sonra öz şəxsi
kabinetlərindən “Buraxılış vərəqi”ni çap edə biləcəklər.

Sual 12. Müraciət zamanı nələrə diqqət etməliyəm?

Cavab: Müraciət zamanı daxil edilən təhsil və müsabiqə məlumatlarının düzgün doldurulmasına
diqqət edilməlidir.
Qeyd: Müraciətinizi təsdiqlədikdən sonra məlumatları dəyişdirmək mümkün olmayacaq.

Sual 13. Qeydiyyatla bağlı yaranmış çətinlikləri hara bildirməliyəm?

Cavab: Bunu 146 qaynar xətt xidməti vasitəsilə Elm və Təhsil Nazirliyinə bildirməyiniz xahiş olunur.
Eyni zamanda +994 50 791 46 31 “WhatsApp” nömrəsinə yazılı şəkildə müraciət edə bilərsiniz.

Şərhlər

Şərh yazın.

Whatsapp
Edudistance
Edudistance
Salam! sizə necə yardımcı ola bilərik?