
IB MYP (Middle Years Programme) – beynəlxalq təhsil proqramıdır və 11–16 yaş arası şagirdlər üçün nəzərdə tutulub. Bu proqram şagirdlərin tənqidi düşünmə bacarığını, analitik yanaşmanı və müxtəlif fənlər üzrə biliklərini inkişaf etdirməyə yönəlib.
Cambridge IGCSE isə dünyada ən geniş qəbul olunan orta məktəb proqramlarından biridir. 14–16 yaş arası şagirdlər üçün nəzərdə tutulan bu proqram gələcəkdə həm ali təhsildə, həm də karyera seçimlərində böyük üstünlüklər qazandırır.
Proqramımız haqqında
Beynəlxalq məktəblərin 5–8-ci sinif şagirdləri üçün nəzərdə tutulmuş proqramımız həm IB MYP, həm də Cambridge kurikulumunu əhatə edir.
Şagirdlər dərslərimizə qoşularaq:
Öz imtahanlarına peşəkar şəkildə hazırlaşır,
Riyaziyyatı daha dərindən öyrənirlər.
Təcrübəli müəllimlərimiz hər il onlarca şagirdin yüksək nəticə göstərməsinə kömək edir.
Proqramın əsas üstünlükləri:
- Dərslər həftədə 2 dəfə 90 dəqiqə olmaqla keçirilir.
- Qruplar qəbul imtahanının nəticəsinə əsasən formalaşdırılır.
- Hər bir şagird, əvvəlki ilin yekun imtahan nəticələrinə görə uyğun qrupa yerləşdirilir.
- Dərslərə həm əyani, həm də onlayn qoşulmaq mümkündür.
Valideynlər hər ay iki dəfə müəllimlərdən yazılı rəy alırlar. Bu rəydə şagirdin dərsdəki aktivliyi və imtahan nəticələri barədə ətraflı məlumat təqdim olunur.
Qiymətlər
5–6-cı siniflər üçün: aylıq 220 AZN
7–8-ci siniflər üçün: aylıq 240 AZN