“Hacı Zeynalabdin” Təqaüd Proqramı – 2024

“Hacı Zeynalabdin” Təqaüd Proqramı – 2024

İsdedadlı Azərbaycan gənclərinin xarici universitetlərə hazırlıq və universitet  zamanı ödənişsiz və təqaüdlü təhsil almaları üçün Edudistance “Hacı Zeynalabdin” təqaüd proqramını elan edir.

Proqramın hədəfi maddi vəziyyətindən asılı olmayaraq yüksək reytinqli xarici universitetlərdə təhsil almağı gənclərimiz üçün əlçatan etməkdir.

Proqram cari ilin 9-cu sinifləri üçün nəzərdə tutulmuşdur və qəbul prosesi  3 mərhələdən ibarətdir.

1. Buraxılış imtahanında 270 və  daha yüksək bal toplamaq və ya Respublika Fənn Olimpiadalarının final mərhələsinə vəsiqə qazanmaq.

2. Motivasiya Məktubu yazmaq (Azərbaycan dilində)

Söz limiti: 400-700

Yazı tipi: Times New Roman

Şrift: 14

 “Motivasiya məktubu necə yazılmalıdır?” deyirsinizsə buraya keçid edin.

3. Müsahibədə iştirak etmək.

Proqrama qəbul prosesini uğurla tamamlamış şagirdlər 2 il ərzində EduDistance Tədris və Konsultasiya Mərkəzində aşağıdakı sahələr üzrə xidmətləri müxtəlif güzəştlər ilə əldə edəcəklər.

  • SAT
  • YÖS
  •  IELTS/ TOEFL
  •  AP PHYSICS
  •  PROGRAMING
  •  AP CALCULUS
  • ELMİ YAY MƏKTƏBLƏRİNƏ QƏBUL
  •  XARİCDƏ TƏHSİL XİDMƏTLƏRİ

3 aydan bir keçirilən imtahan nəticələrinə və müəllimlərin dərs zamanı apardıqları monitorinq nəticələrinə əsasən təqaüd faizi dəyişə bilər.

Qeydiyyatdan keçmək üçün 9-cu sinif buraxılış/Olimpiada(hər ikisi də ola bilər) nəticələrinizi və motivasiya məktubunuzu teqaud@edudistance.az elektron poçt ünvanına fayl olaraq göndərməyiniz tələb olunur.

Son qeydiyyat tarixi: 15 iyun

Müsahibə mərhələsi: 24 – 29 iyun

Nəticələrin açıqlanma tarixi :6 iyul

Şərhlər

Şərh yazın.

Whatsapp
Edudistance
Edudistance
Salam! sizə necə yardımcı ola bilərik?